16 Sentyabr 2024 23:38

Heydər Əliyev prospektində dekorativ güllər və ağaclar suvarıldı-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən  rayonun  Heydər Əliyev  prospektində yerləşən  Heydər Əliyev  mərkəzinin  qarşısında  suvarılma işi aparılıb.

Qeyd  olunan  prospektdən  keçən  arxdan pompa vasitəsilə su götürülərək   əkilmiş  ağaclar  və əkilən müxtəlif  növ dekorativ güllər suvarılıb və aqrotexniki qulluq olunub.

Qeyd  edək ki, Şəhər Təsərrüfatı Birliyi  tərəfindən  əkilən  dekorativ  güllərə  və  ağaclara  yay mövsümi işlərinin aqrotexniki qaydalara uyğun və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.