08 Sentyabr 2024 05:23

“Zirə” Avropa Liqasında mübarizəyə start verir

Azadsöz.az xəbər verir ki, bu gün “Zirə” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək.

Təmsilçimiz səfər matçında uğurlu nəticəyə imza ataraq doğma meydanda daha rahat çıxış etmək niyyətindədir. Amma “Şerif”lə görüşdə bu, heç də asan vəzifə sayılmır. Komandalar bu görüşə itkisiz çıxacaqlar.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Görüşü isveçrəli hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena”da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

11 iyul

UEFA Avropa Liqasının I təsnifat mərhələsi

“Şerif” – “Zirə”

Saat 21:00, “Şerif” İdman Kompleksi