16 Sentyabr 2024 23:00

Xaçmazda 7 ton bağlaması yandı

Azadsöz.az xəbər verir ki, Xaçmaz rayonunun Ləcət kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 10 ton ot bağlamasının 7 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.