23 Noyabr 2024 00:35

Şuşa-Ağdam-Xocavənd seçki dairəsi yeni binaya köçürülüb – RƏSMİ

“İşğaldan azad edilən ərazilərin altısında yenidənqurma işləri həyata keçirilib. Ərazilərə 1997 ailə (7762 sakin) köçürülüb”.

Azadsöz.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.

O bildirib ki, işğaldan azad edilən ərazilərdə görülən yenidənqurma işlərinə 20 mindən çox insan cəlb edilib.

Z.Nağdəliyev qeyd edib ki, seçki prosesi ilə bağlı 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi yeni binaya köçürülüb:

“Bu, seçicilərin, müşahidəçilərin və digər şəxslərin rahatlığını təmin etmək üçün həyata keçirilib. İlkin mərhələdə MSK ilə birlikdə biz məntəqələrdə olmuşuq və onların maddi-texniki təminatları ilə maraqlanmışıq. Komissiyanın yerləşdiyi binalar dayanıqlı internet və fasiləsiz enerji ilə təmin edilməlidir. Biz hər kəsdən xahiş edirik ki, qarşılaşdığınız kiçik problemi də bizə və ya MSK-ya müraciət edərək aradan qaldırılmasına dəstək olasınız”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul