Azadsöz.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Məlumata görə, sabah, 10 iyul tarixində şəhərin bəzi ərazilərində su təminatının dayandırılması planlaşdırılır. Buna səbəb Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun bir hissəsindəki magistral su kəmərinin mühafizəsi və köçürülməsidir.