16 Sentyabr 2024 23:35

Şəhid atası vəfat edib – FOTO

Azadsöz.az xəbər verir ki, Astara  rayonunun Ərçivan qəsəbəsində anadan olan Vətən müharibəsi şəhidi, Sadiq Bağırzadənin atası Şahin Bağırov vəfat edib.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, şəhid atası xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Sadiq Bağırzadə 2020-ci il sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.