Azadsöz.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə iyulun 9-u matəm elan olunub.
Bu barədə şəhərin meri Vitali Kliçko bildirib.
Xatırladaq ki, bu gün günorta saatlarında Kiyevə – Solomenski, Dneprovski, Darnitski, Desnyanski, Şevçenkovski və Qoloseyevski rayonlarına raket hücumları olub.
Nəticədə azı 20 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.