22 Noyabr 2024 23:57

Qarabağ bəyannaməsi Türk əsrinin başlanğıcının müjdəçisidir

Azərbaycan növbəti mötəbər tarixi hadisəyə ev sahibliyi etdi. Və eyni zamanda Şuşada, məhz, Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi toplantısı keçirildi.

Şuşada Türk Dövlətləri Təşkilatının Tarixində yeni bir ənənənin əsası qoyuldu. Belə ki, bu il ilk dəfə olaraq TDT-yə üzv dövlətlərin başçıları qeyri-rəsmi Zirvə görüşündə bir araya gəldilər. Tədbir Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökümət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Tədbir mühüm qərarların qəbulu ilə başa çatdı və “Tarixi sammit” kimi bütün türk dünyasının tarixinə düşəcəyi şübhəsizdir. Həm də ona görə tarixidir ki, azad olunmuş ərazilərdə keçirilən ilk beynəlxalq səviyyəli sammitdir. İmzalanan Qarabağ Bəyannaməsi isə xüsusi qeyd olunmalıdır. Həmin tarixi sənəd prezident İlham Əliyevin bildirdiyi kimi türk dünyasının həmrəyliyinə və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da güclənməsinə töhfələr verəcək.

Təşkilatın növbəti sammitinin Türk dünyasının mədəniyyət paytaxtında-Şuşada keçirilməsi ayrıca bir rəmzi xarakter daşıyırdı. Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, iqtisadi, ictimai-siyası həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz məharətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. Eyni zamanda bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram,qürür, iftixar duyğularını oyadır.

Müasir dünyada güc amilinin getdikcə əsas göstərici kimi tanınması türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vacib şərt kimi önə çəkir. Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqaməti də məhz bu məqsədə xidmət edir. İyulun 6-da Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də Türk dünyasının daha da gücləndirilməsi istiqamətində növbəti mühüm addım olacaq. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onu siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Son illər bu istiqamətdə bütün sahələr üzrə strateji əhəmiyyətli sənədlərin qəbul olunması, bir sıra tədbirlərin görülməsi Türk dövlətləri arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qaldırılması istiqamətində xeyli iş görüldüyünü deməyə əsas verir.

Etiraf olunmalıdır ki, bu gün işğaldan azad edilmiş Azərbaycan əraziləri türkdilli ölkələrin mənəvi birliyinin, həmrəyliyinin təcəssümü kimi çıxış edir. Şuşa Sammitində etdiyi çıxışında ölkə prezidenti cənab İlham Əliyev bu vacib məqamı xüsusi olaraq bildirdi ki, son 4 ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin, Tükiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin Şuşaya, Ağdama, Füzuliyə etdikləri səfərələr  bu birliyin möhkəmlənməsinə misilsiz töhfələr verir. Dövlət başçımızın qeyd etdiyi kimi, Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq, həmrəyliyinin təzahürüdür. Cənab prezident çıxışında eyni zamanda vurğuladı ki, bu gün azad edilmiş torpaqlarda “Böyük Qayıdış” Proqramı icra olunur. Proqramın icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və 4 kəndə qayıdıb. Bu ilin sonuna qədər daha 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yeterli olmadığını da qeyd etmiş və buna görə Azərbaycanın bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü bildirdi. Cənab prezident çıxışı əsasında ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amillərə də toxunaraq bir çox vacib məqamları səsləndirdi. Qeyd olundu ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi hazırda qarşıda dayanan prioritet məsələlərdən biridir. Sammitdə xüsusi vurğulandı kı, Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Benəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükgötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

Sammitdən ortaya çıxan mühüm mesaj odur ki,birgə səylərlə bütün Qarabağ gələcəkdə Türk dünyasının əbədi dostluğunun həqiqi rəmzinə çevriləcək. Cənab prezidentin qeyd etdiyi kimi imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının nüfuzunu daha da gücləndirəcəkdir.

Azadsöz.az

    

     

Ankara escort İstanbul Travesti Shemale İstanbul