22 Noyabr 2024 18:40

Göyçayda 16 yaşlı yeniyetmə bıçaqlandı-( YENİLƏNİB )

Göyçay Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsini müvvəqəti icra edən Elşən Cavadov  Azadsöz.az-ın sorğusuna cavab olaraq bildirib ki,  ” Daxilə keçməyən bıçaq xəsarəti   ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılan  rayon sakini, 2008-ci il təvəllüdlü Nihat Yavər oğlu Cəfərova lazımı tibbi yardım göstərilib,vəziyyəti qənaətbəxşdir. Evə  buraxılıb, həyatı üçün təhlükə yoxdur”.

****
20:01

Azadsöz.az xəbər verir ki, hadisə bu gün  Göyçay  rayonunda  baş verib.

Belə ki,  rayon sakini, 2008-ci il təvəllüdlü Nihat Yavər oğlu Cəfərov  bıçaq xəsarəti alıb. 

Hadisə yerinə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub.

N.Cəfərov   Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, əməli törədən yeniyetmə saxlanılaraq izahatı alınıb. Müvafiq ekspertiza təyin olunub və hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

Səbuhi  Eltonlu

Ankara escort İstanbul Travesti Shemale İstanbul