23 Noyabr 2024 04:15

MSK YAP-ın və digər 6 partiyanın səlahiyyətli nümayəndələrini qeydə aldı

Azadsöz.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasınınbu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Daha sonra YAP-ın 77 səlahiyyətli nümayəndəsi və 1 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Eyni zamanda iclasda Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Müsavat Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul