22 Noyabr 2024 18:34

Türkiyə Rusiya prezidentlərinin görüşü başa çatıb

Azadsöz.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçılarının 24-cü zirvə toplantısı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş bir saat çəkib.

Bu barədə Türkiyə mətbuatı xəbər verib.

Görüşdə Vladimir Putin bildirib ki, mövcud qlobal problemlərə rəğmən hər iki ölkə arasında illik ticarət dövriyyəsi 55 milyard dollara çatıb:

“Bütün çətinliklərə baxmayaraq, qarşılıqlı ticarət dövriyyəsi getdikcə artmaqdadır. Rusiya ilə Türkiyə arasındakı ortaq layihələr plana uyğun olaraq həyata keçirilir. Biz bu məqsədlə Türkiyəli tərəfdaşlarımızla mütəmadi olaraq fikir mübadiləsi aparırıq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə iki dövlət arasında illik ticarət dövriyyəsinin göstəricisinin 100 milyard dollara yüksəldilməsini hədəflədiklərini açıqlayıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul