“Azadsöz.az” Türkiyə mediasına istinadən xəbər verir ki,Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki tutduğu vəzifədən istefa verib.
Özhaseki açıqlamasında bu qərarı səhhətində yaranan problemlərə görə qəbul etdiyini deyib.
O, istefa ərizəsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Qeyd edək ki, Özhaseki bu vəzifəyə ötən il təyin olunmuşdu.