06 İyul 2024 16:16

AVRO-2024: Fransa növbəti 1/4 finalçı olub

Azadsöz.az xəbər verir ki, Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində Fransa və Belçika yığmalarının görüşü başa çatıb.

Qarşılaşmada yeganə qolu 85-ci dəqiqədə belçikalı oyunçu Vertongen öz qapısına vurub – 1:0.

Beləliklə də, Fransa yığması Avropa çempionatının 1/4 final mərhələsinə yüksəlib. Onun rəqibi Portuqaliya – Sloveniya cütünün qalibi olacaq.