Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçiriblər. Tədbir zamanı Qırmızı Bazar qəsəbəsinin ərazisində yabanı halda bitən 1 tondan artıq 4650 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.