03 İyul 2024 11:11

Hava nəqliyyatı ilə daşımalarda YENİ TARİFLƏR

Azadsöz.az xəbər verir ki, Bakı-Naxçıvan aviabiletinin qiyməti 70 manat təsdiq edilib. 

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərarında deyilir.

Ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla hər kiloqram üçün 0,30 manat məbləğində təsdiq edilib.

 

İstiqamətlər Tariflər (ƏDV daxil, manatla)
1. Bakı-Naxçıvan / Naxçıvan-Bakı 70.00 ₼
2. Naxçıvan-Gəncə / Gəncə-Naxçıvan 60.00 ₼
3. Bakı-Gəncə / Gəncə-Bakı 84.00 ₼
4. Bakı-Qəbələ / Qəbələ-Bakı 65.00 ₼
5. Bakı-Füzuli /Füzuli-Bakı 78.00 ₼
6. Bakı-Zəngilan / Zəngilan-Bakı 83.00 ₼
7. Bakı-Lənkəran / Lənkəran-Bakı 65.00 ₼
8. Bakı-Zaqatala / Zaqatala-Bakı 84.00 ₼