Azadsöz.az xəbər verir ki, iyunun 29-da saat 21 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində 1967- ci il təvəllüdlü Namik Əhmədovun odlu silahdan açılmış atəş nəticesində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Astara rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Astara rayonu Şüvi kənd sakini, 1983-cü təvəllüdlü Bəşir İsrafilovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Namik Əhmədovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
****
29 iyun
23:40
Azadsöz.az xəbər verir ki, Astara rayonunun Şüvi kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətllə yetirib.
Daha sonra o özünü öldürmək məqsədi ilə baş nahiyyəsindən atəş açıb.
B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.