Azadsöz.az xəbər verir ki, bu gün futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində bu gün İngiltərə Slovakiya ilə, İspaniya isə Gürcüstanla üz-üzə gələcək.
Əvvəlcə İngiltərə millisi Slovakiya ilə üz-üzə gələcək. “Veltins Arena”da oynanılacaq görüşü türkiyəli FİFA referisi Halil Umut Meler idarə edəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Digər oyunda İspaniya yığması turnirin debütantı Gürcüstan millisi ilə qarşılaşacaq. “Rayn-Energi” stadionunda keçiriləcək oyunu fransalı referi Fransua Letekse idarə edəcək. Bu görüş isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Avro-2024, 1/8 final
30 iyun
20:00. İngiltərə – Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə)
“Veltins Arena”
23:00. İspaniya – Gürcüstan
Baş hakim: Fransua Letekse (Fransa)
“Rayn-Energi” stadionu.