Azadsöz.az xəbər verir ki, Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.
Günün ilk oyununda İsveçrə və İtaliya yığmaları qarşılaşıblar. Berlin Olimpiya Stadionunda oynanılan görüş isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 37-ci dəqiqədə Remo Freuler və 46-cı dəqiqədə Ruben Varqas vurub.
Bununla da İsveçrə seçməsi adını 1/4 finala yazdırıb.
Günün ikinci matçında Almaniya millisi Danimarkanı sınağa çəkəcək. Dortmund şəhərində yerləşən “Siqnal İduna Park” stadionunda oynanılacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.