01 İyul 2024 23:42

Xaçmazda 27 yaşlı oğlan itkin düşdü

Azadsöz.az xəbər verir ki, Xaçmaz rayonu ərazisində yaşayan 27 yaşlı Müseyibov Elşad İmran oğlu 2024-cü il iyunun 4-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

DİN-in mətbuat xidmətinin məlumatında bildirilir ki, şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz  Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.