01 İyul 2024 23:59

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları başlayıb

Azadsöz.az xəbər verir ki, musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına start verilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanlar Bakıda, Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilir.

Bu gün İnstrumental ifaçılıq (18, 19, 20, 22-ci komissiyalar), Vokal sənəti (24-cü komissiya), Dirijorluq (27-ci komissiya), Musiqişünaslıq (30‑cu komissiya) ixtisasları üzrə qeydiyyatdan keçən 120 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanlar iki növbədə təşkil olunur və iyulun 5-dək davam edəcək.