Azadsöz.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.
Qeyd edək ki, sənəd 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanıb.