01 İyul 2024 13:26

Zəngilanda 2 tondan çox çətənə bitkisi məhv edildi

Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatına görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə “Xaşxaş 2024” planına uyğun olaraq tədbir keçiriblər. Tədbir zamanı Mincivan qəsəbəsində yabanı halda bitən 2 tondan artıq 4657 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.