“Növbəti mərhələdə direktorların və direktor müavinlərinin attestasiyasında iştirak etməyi vacib hesab edirik”.
Azadsöz.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, məktəb direktorlarının yüksək nəticə əldə etmiş müəllimlər arasından seçilməsini vacib hesab edir:
“Çünki öz fənnini bilməyən şəxs məktəbə direktor olanda, məncə, bu, heç kimi sevindirməz. Bu o demək deyil ki, biz dərhal yüksək nəticə göstərənləri direktor təyin edəcəyik. Sadəcə olaraq, müəllimlər arasından sertifikatlaşdırmada yüksək nəticələr əldə edənlər direktor seçiləcək”.