Azadsöz.az xəbər verir ki, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyun baş tutub.
F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.
Qarşılaşma “ay-ulduzlular”ın məğlubiyyəti ilə bitib – 0:3.
Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub.
Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi.
Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var.