Azadsöz.az xəbər verir ki, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral avtomobil yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Balakən rayon sakini Kənan Abdulla oğlu Ağayevin idarə etdiyi “Mersedes markalı 10 RO 610 dövlət nömrə nişanlı minik avtomobili ilə Türkiyə vətandaşı 1992-ci il təvəllüdlü Mustafa Makar Nureddin oğlunun idarə etdiyi iritonnajlı TIR toqquşub.
Qəza zamanı “Mersedes” markalı avtomobilin sürücüsü K.Ağayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib və onun meyiti sükün arxasında sıxılmış vəziyyətdə qalıb.
K. Ağayevin meyiti Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq əraziyə çağrılmış Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin həkim briqadasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(apa)