Azadsöz.az xəbər verir ki, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya – Ukrayna görüşü başa çatıb.
Düsseldorf şəhərindəki “Esprit Arena”da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar qələbə qazanıblar – 2:1.
Matçda hesabı 17-ci dəqiqədə slovakiyalıların heyətində İvan Şrants açıb. 54-cü dəqiqədə “status kvo” bərpa olunub. Nikolay Şaparenko adını tabloya yazdırıb. Ukrayna yığmasına qələbə qazandıran qola isə 80-ci dəqiqədə Roman Yaremçuk imza atıb.