20 Sentyabr 2024 13:58

Ağdaşda balıq tutmağa gedərkən yoxa çıxan altı yaşlı uşağın meyiti tapıldı-YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Ağdaşda azyaşlı su kanalında batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Ağdaş şəhərində bir nəfər azyaşlının su kanalında batması barədə məlumat daxil olub.

Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən kanalda batmış 2018-ci il təvəllüdlü Adəm İsfəndiyar oğlu Musayevin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, A.Musayev Ləki kanalına balıq tutmağa gedib və daha sonra yoxa çıxıb.

****

09:20

Azadsöz.az xəbər verir ki, rayon sakini 2018-ci il təvəllüdlü Adəm Musayev iyunun 20-də Ləki arxında balıq tutmağa gedib və bir daha geri qayıtmayıb.

Araşdırma aparılır.
 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com