Azadsöz.az xəbər verir ki, “Xaş-xaş-2024” şərti adı altında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun məlumatında bildirilir ki, rayonun Digah kəndi ərazisində 1,5 hektar torpaq sahəsində yabanı bitmiş 2 ton 378 kiloqram çəkidə 8143 ədəd çətənə kolu aşkarlanaraq yandırma yolu ilə məhv edilib.