20 Sentyabr 2024 07:45

AVRO-2024: Sloveniya – Serbiya matçında qalib müəyyənləşməyib

Azadsöz.az xəbər verir ki, bu gün çempionatda nəzərdə tutulan 3 matçdan biri başa çatıb.

Əvvəlcə C qrupunda Sloveniya Serbiya ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Serbiya millisi 90+5-ci dəqiqədə bərabərlik qolunu vuraraq məğlubiyyətdən qaçıb.

Eyni qrupda Danimarka İngiltərənin müqavimətini qırmağa çalışacaq. Bu qrupda 1-ci turda Sloveniya Danimarka ilə heç-heçə edib (1:1), İngiltərə isə Serbiyaya qalib gəlib (1:0).

Günün maraqla gözlənilən matçı B  qrupunda keçiriləcək. Burada İspaniya millisi son Avropa çempionu İtaliya ilə üz-üzə gələcək. 

İspaniya ilk turda Xorvatiyanı (3:0), İtaliya isə Albaniyanı (2:1) məğlub edib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com