Azadsöz.az xəbər verir ki, bu gün çempionatda 3 matç keçiriləcək. Əvvəlcə C qrupunda Sloveniya Serbiya ilə qarşılaşacaq.
Eyni qrupda Danimarka İngiltərənin müqavimətini qırmağa çalışacaq. Bu qrupda 1-ci turda Sloveniya Danimarka ilə heç-heçə edib (1:1), İngiltərə isə Serbiyaya qalib gəlib (1:0).
Günün maraqla gözlənilən matçı B qrupunda keçiriləcək. Burada İspaniya millisi son Avropa çempionu İtaliya ilə üz-üzə gələcək.
İspaniya ilk turda Xorvatiyanı (3:0), İtaliya isə Albaniyanı (2:1) məğlub edib.
Avro-2024, qrup mərhələsi, 2-ci tur
20 iyun
C qrupu
17:00. Sloveniya – Serbiya
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, “Alyans Arena”.
20:00. Danimarka – İngiltərə
Baş hakim: Artur Diaş (Portuqaliya).
Frankfurt, “Valdştadion”.
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | İngiltərə | 1 | 1 | 0 | 0 | +1 | 3 |
2 | Danimarka | 1 | 0 | 1 | 0 | 0 | 1 |
3 | Sloveniya | 1 | 0 | 1 | 0 | 0 | 1 |
4 | Serbiya | 1 | 0 | 0 | 1 | -1 | 0 |
B qrupu
23:00. İspaniya – İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Helzenkirhen, “Feltins Arena”.
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | İspaniya | 1 | 1 | 0 | 0 | 3-0 | 3 |
2 | İtaliya | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
3 | Albaniya | 2 | 0 | 1 | 1 | 3-4 | 1 |
4 | Xorvatiya | 2 | 0 | 1 | 1 | 2-5 | 1 |