Azadsöz.az xəbər verir ki, hadisə Araz çayının rayonun Seyidlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 2005-ci il təvəllüdlü Amin Seymur oğlu Həsənov Araz çayında çimərkən batıb.
Yaxınları tərəfindən aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yanında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.