“Delimitasiyanın növbəti mərhələsinin Zəngəzurdan başlaması istisna olunmur”.
Azadsöz.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Hazırda reqlament layihəsi üzərində işləyirik. İlkin razılığa əsasən qərar veriləcək.
Dünəndən Zəngəzurdayam. Həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirmişəm. Sülh gündəliyi xalqımıza aydındır. Bu çox vacib məqamdır.
Bu kontekstdə delimitasiya və digərləri operativ məsələlərə çevrilir. Hökumət təbii ki, nə baş verdiyini, niyə baş verdiyini, məqsədin, risklərin nədən ibarət olduğunu ictimaiyyətə geniş şəkildə çatdırmağa davam etməlidir. Biz bu məntiqi rəhbər tutaraq irəli getməliyik”, – deyə Paşinyan qeyd edib.