27 İyun 2024 01:35

Bəzi çaylardan daşqın və sel keçəcəyi gözlənilir – XƏBƏRDARLIQ

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycanda iyunun 18-i gündüzdən 21-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, çaylardan daşqın və sel keçəcəyi gözlənilir.

Bu barədə  Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.