Azadsöz.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İmişli rayon sakini, 1976-cı il təvəllüdlü Qasımov Elşən Məhəmmədəli oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən arxadan “KamAZ” markalı yük maşınına çırpılıb.
Nəticədə E.Qasımov hadisə yerindəcə ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.