Azadsöz.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Ağstafa şəhər Füzuli küçəsinin  sakini olan 1992-ci il təvəllüdlü Elvin Alıyev yanıq xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi  Xəstəxanasına  yerləşdirilib, dərhal  ona tibbi yardım olunub. İlkin müayinə zamanı E.Alıyevin bədənin 70 faizinin yanığı diaqnozu qoyulub.Onun  vəziyyətinin ağır olduğundan Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə göndərilib.

Bildirilir ki, Vətən Müharibəsi qazisi olan E.Alıyev üzərinə neft  tökərək özünü yandırıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.