Azadsöz.az xəbər verir ki, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında daha bir oyun baş tutub.
Belə ki, E qrupunun ilk matçında Rumıniya millisi Ukrayna ilə üz-üzə gəlib.
Qarşılaşma rumınların inamlı qələbəsi ilə bitib – 3:0.
26-cı dəqiqədə Nikolae Stanku, 53-cü dəqiqədə Razvan Marin, 57-ci dəqiqədə Denis Draquş fərqləniblər.
E qrupunun Belçika – Slovakiya görüşü bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.