Azadsöz.az xəbər verir ki, futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya – Danimarka matçında qalib müəyyənləşməyib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Danimarka millisindən 17-ci dəqiqədə Kristian Eriksen fərqlənib. Sloveniya komandasının bərabərlik qolunu 77-ci dəqiqədə Erik Yanja rəqib qapısından keçirib.
Qeyd edək ki, matçının ən yaxşı futbolçusu Kristian Eriksen olub.
Xatırladaq ki, qrupun bu gün keçiriləcək digər matçında İngiltərə və Serbiya milliləri üz-üzə gələcəklər.