23 Noyabr 2024 05:48

Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazanıb

 Azadsöz.az xəbər  verir ki, Sloveniyanın Podçetrtek şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kuboku turnirində Azərbaycan idmançıları 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Azərbaycan Cüdo Federasiyasından  verilən məlumata görə, turnirin ilk günün kişilər arasında 3 fərqli çəki dərəcələrində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Rövşən Əliyev (60 kq), Rəşad Yelkiyev (66 kq) bürünc, Kamran Süleymanov (73 kq ) gümüş, Nazir Talıbov (66 kq) və Nəriman Mirzəyev isə (73 kq) qızıl medal qazanıb.

 

İbrahim Əliyev 5-ci, Rüfət Şölətov isə 7-ci yerlə kifayətlənib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul