Azadsöz.az xəbər verir ki, Türkiyənin ABŞ-dən əldə etmək istədiyi “F-16″ların alınması ilə bağlı müqavilələr imzalanıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrdən məlumat verilib.
“ABŞ-dən “F-16″ alınmasında son vəziyyət budur ki, müqavilələr imzalanıb. Nümayəndə heyətləri arasında danışıqlar yolu ilə detallar üzərində işlər davam etdirilir. Təfərrüat daha sonra açıqlanacaq”, – deyə məlumatda bildirilib.