16 Sentyabr 2024 23:07

Qazaxda avtomobil qaçırıldı

Azadsöz.az xəbər verir ki, iyunun 11-də Qazax rayonu ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.  

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ. İbrahimov saxlanılıb. 

Araşdırma aparılır.