Azadsöz.az xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov uzun sürən ağır xəstəlikdən sonra 69 yaşında vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Ə.Əsgərov N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1975-ci ildən işləyirdi. Bir sıra tamaşalarda rol alan aktyor “Durnalar qayıdanda” filmində sovet zabiti, “Qəzan mübarək Paşam” filmində general Əliağa Şıxlinski obrazlarını yaradıb.