Azadsöz.az xəbər verir ki, Türkiyə millisi Avropa çempionatı öncəsi son yoxlama oyununu keçirib.
“Ay-ulduzlular” Varşavada Polşa millisi ilə üz-üzə gəlib.
İkinci hissədə üstün futbol sərgiləməsinə baxmayaraq, Türkiyə yığması meydanı məğlub tərk edib.
Polşa – Türkiyə – 2:1
Qollar: Karol Sviderski, 12 (1:0), Barış Alper Yılmaz, 77 (1:1), Nikola Zalevski, 90 (2:1)
Qeyd edək ki, Türkiyə millisi Avro-2024-dəki ilk oyununu iyunun 18-də Gürcüstana qarşı keçirəcək. İyunun 22-də Portuqaliya ilə üz-üzə gələcək “ay-ulduzlular”ın qrupdakı son rəqibi Çexiya yığması (26 iyun) olacaq.