Azadsöz.az xəbər verir ki, Fransada şahmat üzrə komandalar arasında çempionat keçirilib.
8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.
Yekunda heyətində azərbaycanlı şahmatçı Rauf Məmmədovun çıxış etdiyi “Chartres Echecs” 30 xalla bütün rəqiblərini qabaqlayıb. Rauf Məmmədov 6 oyunda iştirak edib.
Şahmatçımız 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.
29 xalı olan “Bischwiller” ikinci, 27 xal toplayan “Asnieres le Grand Echiquer” komandası üçüncü yeri tutub.