23 Noyabr 2024 00:52

İran prezident seçkilərinin namizədlərinin adları açıqlanıb

Azadsöz.az xəbər verir ki, İranda növbədənkənar prezident seçkilərində 6 namizəd rəqabət aparacaq.

Bunu İranın Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Onun sözlərinə görə, 28 iyun prezident seçkilərində Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili, Əlirza Zakani, Əmir Hüseyn Qazizadə Haşemi və Məhəmməd Baqir Qalibaf rəqabət aparacaq.

Eslami bildirib ki, prezidentliyə namizədlərin adları rəsmən elan olunduqdan dərhal təbliğat-təşviqat kampaniyasına start verilir və 27 iyunda başa çatır.

65 yaşlı Səid Cəlili hazırda İranın Məsləhət Şurasının üzvüdür. O, Ali Milli Təhlükəsizlik Şurasının katibi, xarici işlər nazirinin müavini vəzifəsində çalışıb və 2007-2013-cü illərdə İranın nüvə müzakirə heyətinə başçılıq edib. O, “Mühafizəkarlar” düşərgəsinin üzvü hesab olunur.

70 yaşlı Məsud Pezeşkian Mahabad şəhərində dünyaya gəlib. Ardıcıl 5 dəfə İran parlamentinə deputat seçilən Pezeşkian Təbriz şəhərini təmsil edir. O, İranın “İslahatçılar” düşərgəsinin üzvü hesab olunur.

65 yaşlı Mustafa Purməhəmmədi Qum şəhərində dünyaya gəlib. Purməhəmmədi İranın bir sıra vilayətlərində prokuror, İranın Təhlükəsizlik Nazirliyinin Xarici Kəşfiyyat İdarəsinin rəisi və təhlükəsizlik nazirinin əvəzi vəzifələrində çalışıb.

63 yaşlı Məhəmməd Baqir Qalibaf İran İslam İnqilabı Keşikçilər Korpusunda (SEPAH) müxtəlif vəzifələrdə çalışıb. Hazırda İran parlamentinin sədri olan Qalibaf “Mühafizəkarlar” düşərgəsinin üzvü hesab olunur.

53 yaşlı Əmir Hüseyn Qazizadə Haşemi İran parlamentinin deputatı olub və universitet rektoru vəzifəsində çalışıb. Hazırda İranın vitse-prezidenti və Fədakarlar və Şəhidlərin Məsələləri üzrə Fondun rəhbəridir. O, “Mühafizəkarlar” düşərgəsinin üzvü hesab olunur.

59 yaşlı Əlirza Zakani hazırda Tehran şəhər bələdiyyəsinin sədridir. O, İran parlamentinin deputatı olub. Zakani İran prezidentinin Tehran şəhəri üzrə köməkçisidir və “Mühafizəkarlar” düşərgəsinin üzvü hesab olunur.

Əlavə edək ki, İranda növbədənkənar prezident seçkiləri 28 iyunda keçiriləcək. Ölkədə dövlət idarəçiliyində əsas vəzifələrdə ən azı 4 il fəaliyyət göstərən, yaşı 40-75 arasında olan və minimum magistratura üzrə elmi dərəcəsi olan şəxslər prezidentliyə namizəd ola bilərlər. Qeydiyyata alınan şəxslərin namizədliyi İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul