Azadsöz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması və müalicə aldığı xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla hadisəni törədən şəxsin Kəlbəcər rayon sakini H.Mamedov olması müəyyən olunub. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.