08 Sentyabr 2024 06:46

“Şirin” obrazı ilə tanınan aktyor ata oldu

Azadsöz.az xəbər verir ki, aktyor Nicat Rəhimov altı ildən sonra ata olub.

Bu haqda aparıcı İlkin Həsəni məlumat yayıb.

O bildirib ki, Nicatın qız övladı dünyaya gəlib.

“Nə gözəl xəbər, çox şükür. “Qız ataları klubuna” xoş gəldin, əziz qardaş”, – deyə İlkin Həsəni paylaşımında yazıb.

Qeyd edək ki, N.Rəhimov 2017-ci ilin dekabrında ailə həyatı qurub. Aktyor bir müddət əvvəl müsahibəsində “5 ilə yaxındır ailə qurmuşam, övladım yoxdur. Düzdür, əvvəl niyə olmur, filan, çox suallar olurdu. Hansısa yaxın adamlar soruşurdu niyə olmur. Onu buraxmışam Allaha. Allah indi onu məsləhət görmürsə, qismət etmirsə, demək o bilir nə edir”, – sözlərini demişdi.