23 Noyabr 2024 00:53

Fransa Ukraynaya 650 milyon avroluq yardım göndərir

Azadsöz.az xəbər verir ki, Fransa Ukraynada ümumi büdcəsi 450 milyon avro olan inkişaf agentliyi açacaq və mühüm infrastruktur layihələrini dəstəkləmək üçün 200 milyon avroluq ayrıca fond yaradacaq.

Bu barədə “Le Monde” Yelisey sarayına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, prezident Vladimir Zelenski və Fransa lideri Emmanuel Makron iyunun 7-də Ukraynaya yerli hökumətlərə və kritik infrastruktura, o cümlədən enerjiyə dəstək üçün ümumi dəyəri 650 milyon avro olan iki saziş imzalayacaqlar.

Birinci sazişdə Fransa İnkişaf Agentliyinin (AFD) “Ukraynadakı fəaliyyətini genişləndirmək üçün 2027-ci ilə qədər kredit şəklində 400 milyon avro və qrant şəklində 50 milyon avro məbləğində proqnozlaşdırılan vəsait” ayrılması nəzərdə tutulur. Vəsaitlər xüsusilə enerji və nəqliyyat sektorlarının dəstəklənməsinə yönəldiləcək.

Nəşr yazır ki, 200 milyon avroluq ikinci saziş enerji, nəqliyyat, su təchizatı və kanalizasiya, səhiyyə və kənd təsərrüfatı sahələrində Fransa kapitallı şirkətlərin iştirakı ilə layihələri dəstəkləyəcək ikitərəfli fondun yaradılmasına aid olacaq.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul