23 Noyabr 2024 06:48

Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazanıb

Azadsöz.az xəbər verir ki, Azərbaycan boksçusu Alfonso Dominqes “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Azərbaycan Boks Federasiyasından  verilən məlumata görə, 92 kiloqram çəkidə mübarizə aparan idmançı bunu Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib.

İdmançımız 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçuya “Paris-2024″ə iştirak hüququ verib.

Bununla da Azərbaycan Fransa paytaxtında 5 kişi boksçu ilə təmsil olunacaq. A. Dominqesdən öncə Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) Paris Olimpiadasına vəsiqəyə yiyələnib.

Qeyd edək ki, Olimpiadada boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul