23 Noyabr 2024 01:02

Gürcüstana getmək istəyənlərin DİQQƏTİNƏ

Azadsöz.az xəbər verir ki, Gürcüstan İqtisadiyyat Nazirliyinin Milli Turizm Administrasiyası ölkəyə gələn turistlər üçün icbari tibbi sığortanın tətbiqini 2026-cı il yanvarın 1-dək təxirə salmaq qərarına gəlib.

Bu barədə qurumun mətbuat xidməti məlumat verib.

Turizm administrasiyası təxirə salınmanın səbəbini açıqlamayıb.

Eyni zamanda, yerli medianın yazdığına görə, hakimiyyət sığorta şirkətləri ilə sığorta qiyməti və digər texniki detallar barədə razılığa gəlməyə vaxt tapmayıb.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Gürcüstana ən çox Türkiyədən səfər edilib – 254 577 dəfə. Bu, ölkəyə xarici səfərlərin ümumi sayının 19,5 faizini təşkil edir və ötən ilin göstəricilərini 17,6 faiz üstələyir. Səfərlərin sayına görə Türkiyədən sonra Rusiya, Ermənistan, Azərbaycan və İsrail gəlir. Ziyarətlərin 81,4%-i turizm xarakterlidir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul