“Azadsöz.az” erməni KİV-ə istinadən xəbər verir ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın işi üzrə sonuncu məhkəmə iclasında hökm oxunub. Ona bəraət verilib.
Xatırladaq ki, cinayət işində 3 təqsirləndirilən şəxs var. İttihama görə, Erməniatan hökumətinin ehtiyat fondundan 15 milyon 391 min 765 litr 2013-cü il yanvarın 25-dən fevralın 7-dək Serqo Karapetyan tərəfindən Serj Sarkisyanın təşkilatçılığı və Barseq Beqlaryanın təhriki ilə Samvel Qalstyan və Gevorqun köməyi ilə israf edilib.
Arutyunyanın sözlərinə görə, dövlət dəstəyi proqramlarının həyata keçirilməsi zamanı dizel yanacağına xüsusilə böyük miqdarda – 489 160 310 dollar subsidiya ayrılıb.